Ziyarətçini öldürən pələng cəzalandırılmayacaq - SƏBƏBİ AÇIQLANDI
Bizi izləyin

Avropa

Ziyarətçini öldürən pələng cəzalandırılmayacaq - SƏBƏBİ AÇIQLANDI

Ziyarətçini öldürən pələng cəzalandırılmayacaq - SƏBƏBİ AÇIQLANDI

Böyük Britaniyanın Yorkşir Vəhşi Təbiət Parkının (“Yorkshire Wildlife Park”) rəhbərliyi ziyarətçinin ölümünə səbəb olan Altay adlı Amur pələnginin yatızdırılmayacağını rəsmən təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Zoopark rəhbərliyi həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verib və baş verən faciədə yırtıcı heyvanın heç bir günahının olmadığını vurğulayıb.

Faciə yetkin yaşlı bir ziyarətçinin bir neçə səviyyəli mühafizə səddini aşaraq pələnglərin yaşadığı qapalı əraziyə qanunsuz daxil olmasından sonra baş verib. Zooloq mütəxəssislər və hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, kənar şəxsin mühafizə olunan əraziyə qəfil daxil olması zamanı heyvan ərazisini qorumaqla bağlı təbii yırtıcı instinktlərinə uyğun davranıb.

Britaniyanın təbiəti mühafizə təşkilatları və ictimaiyyət park rəhbərliyinin mövqeyini dəstəkləyib. Onlar insanın təhlükəsizlik qaydalarını kobud şəkildə pozmasına görə nadir heyvanın məhv edilməsinin yolverilməz olduğunu qeyd ediblər.

Müəllif: Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm