Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
Bizi izləyin

Avropa

Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!

Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!

Almaniyanın səhiyyə naziri Karsten Linneymann Avropa İttifaqı (Aİ) ölkələrini səhiyyə sistemlərini mümkün hərbi münaqişələrlə əlaqəli böhranlara hazırlamağa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə “Rapporteur” məlumat yayıb.

Nazir bu barədə oktyabrın 11-də Berlində keçirilən Ümumdünya Səhiyyə Konfransında çıxış edərkən bildirib. Almaniyanın səhiyyə naziri çıxışında səhiyyə siyasətinə prinsipial olaraq yeni yanaşmanın vacibliyini vurğulayıb.

Linneymannın sözlərinə görə, acı həqiqət ondan ibarətdir ki, Avropanın səhiyyə sistemləri müharibə ilə əlaqəli böhranlara hazır olmalıdır. Nazir qeyd edib ki, bu gün səhiyyə sahəsində siyasət təhlükəsizlik siyasətinin ayrılmaz hissəsidir. O bildirib ki, Avropa İttifaqına üzv ölkələr mümkün təhdidlərə qarşı həm tibb müəssisələrini, həm də əhalini hazırlamaq üçün Ukraynada baş verən hadisələrdən nəticə çıxarmalıdırlar.

Almaniya hökuməti artıq bu istiqamətdə müvafiq qanun layihəsi hazırlayır. Sənəd səhiyyə sahəsində təchizat zəncirlərinin gücləndirilməsini, tibb işçilərinin daha yaxşı hazırlanmasını, informasiya-kommunikasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsini və Avropa İttifaqı ölkələri arasında sərhədlərarası əməkdaşlığın qurulmasını nəzərdə tutur.

Öz növbəsində, Avropa İttifaqının Səhiyyə Sahəsində Fövqəladə Hallara Reaksiya İdarəsinin rəhbəri Florika Fink-Hoyer konfransda çıxışı zamanı kimyəvi, bioloji, radioloji və nüvə silahlarından qaynaqlanan təhdidlərin, eləcə də kütləvi insan tələfatı və hərbi münaqişə risklərinin araşdırılmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, sentyabr ayında “Bloomberg” agentliyi Almaniyanın dövlət qurumlarının ölkə infrastrukturunun mümkün müharibə ssenarisinə nə dərəcədə hazır olduğunu araşdırdığını bildirmişdi.

Müəllif: Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm