Ballistik raket istehsalı zənciri: Avropa Rusiyaya yeni sanksiyalar tətbiq etdi
Bizi izləyin

Avropa

Ballistik raket istehsalı zənciri: Avropa Rusiyaya yeni sanksiyalar tətbiq etdi

Ballistik raket istehsalı zənciri: Avropa Rusiyaya yeni sanksiyalar tətbiq etdi

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 22-ci sanksiya paketini təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

“Aİ xarici işlər nazirləri Rusiyanın hərbi-sənaye kompleksini hədəf alan təxminən 1600 yeni sanksiyanın siyahısını təsdiqləyiblər. Bu, sanksiya siyahımızın ən böyük genişləndirilməsidir”, - Kallas deyib.

Avropalı diplomatın sözlərinə görə, məhdudiyyətlərin əksəriyyəti ballistik raket istehsalı zənciri ilə bağlıdır. Kallas bildirib ki, son sanksiyalar paketi Avropanın Ukraynaya dəstəyinin "vahid cəbhəsini" nümayiş etdirir.

Son bir neçə ildə Rusiyaya qarşı 30 mindən çox sanksiya tətbiq edilib. Rusiya prezident Vladimir Putin bunu qeyd edərək vurğulayıb ki, bu, bütün digər ölkələrə tətbiq edilən məhdudiyyətlərin ümumi sayından təxminən iki dəfə çoxdur.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm