Avropa
Bu ölkədə güclü quraqlıq elan edildi
İngiltərənin cənubundakı bir sıra bölgələrdə aylardır davam edən yağıntı çatışmazlığı səbəbindən güclü quraqlıq elan edilib.
Publika.az BBC-yə istinadla xəbər verir ki, Böyük Britaniyanın Ətraf Mühit Agentliyinin qərarı Kornuoll, Devon, Dorset, Somerset, Şərqi Sasseks və Qərbi Sasseks qraflıqlarının bəzi ərazilərini əhatə edir. Qərar Milli Quraqlıq Qrupu tərəfindən ölkə üzrə su ehtiyatlarının və quraqlıq şəraitinin qiymətləndirilməsindən sonra qəbul olunub. Bildirilib ki, ölkədə müşahidələr tarixinin ən isti yay mövsümündən sonra suya tələbatın artması su ehtiyatlarına ciddi təsir göstərib.
Böyük Britaniya hökuməti əhalinin su təchizatında fasilələrin gözlənilmədiyini açıqlayıb. Qeyd olunub ki, güclü quraqlığın elan edilməsi mümkün problemlər yaranmazdan əvvəl su ehtiyatlarının qorunması üçün qabaqlayıcı tədbirlərin görülməsinə imkan verəcək.
Hökumətin planına əsasən, su təchizatı şirkətlərinə su anbarlarında və çaylarda suyun səviyyəsini gündəlik izləmək tapşırılacaq, həmçinin suyun keyfiyyətinə nəzarət gücləndiriləcək. Bununla yanaşı, Ətraf Mühit Agentliyi təbii su mənbələrindən istifadə edən müəssisələrdə yoxlamaları artıracaq. Məqsəd müəssisələrin yalnız icazə verilən həcmdə su götürməsini təmin etməkdir.
-
Nida Xəbər 16:51Ərdoğan: "Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq"
-
Nida Xəbər 16:49Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Nida Xəbər 16:30Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi də gücləndirir!
-
Nida Xəbər 16:05İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
-
Nida Xəbər 15:21Prezidentin sosial media hesablarında Ərdoğanın səfəri ilə bağlı videoçarx paylaşıldı
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
-
Nida Təhlil 14:19Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu




































.jpg)

