Aİ liderləri Zelenskiyə təzyiq göstərmədi - Trampın tələbi gündəmdə
Bizi izləyin

Avropa

Aİ liderləri Zelenskiyə təzyiq göstərmədi - Trampın tələbi gündəmdə

Aİ liderləri Zelenskiyə təzyiq göstərmədi - Trampın tələbi gündəmdə

Avropa İttifaqı liderləri Ukrayna prezidenti Vladimir Zelenskidən ABŞ prezidenti Donald Trampa münasibətdə açıqlamalarının tonunu yumşaltmağı tələb etməyiblər.

Publika.az xəbər verir ki, bu barədə “Politico” nəşrinə Brüsseldə liderlər arasında aparılan müzakirələrdən məlumatlı dörd avropalı diplomat bildirib.

ABŞ prezidenti Donald Tramp Zelenskinin Rusiyanın neft emalı zavodlarına zərbələrin bərpa olunacağını elan etməsindən sonra narazılığını ifadə edib. Bundan bir qədər əvvəl isə Tramp Ukrayna liderini istefaya çağırmışdı.

Avropa liderlərinin Zelenskiyə Trampla ünsiyyət tonunu dəyişməyi məsləhət görəcəkləri barədə məlumatlar yayılsa da, Danimarkanın Baş naziri Mette Frederiksen Brüsseldə jurnalistlərə açıqlamasında müzakirələrin onun təəssüratına görə, bu iddiaları təsdiqləmədiyini bildirib.

Diplomatlardan biri isə Zelenskinin vəziyyətinə diqqət çəkərək deyib: “Ondan nə gözləyirsiniz? O, çıxılmaz vəziyyətdədir və vəziyyət bundan daha pis ola bilməz”.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm