Avropa
Ukraynanı dəstəkləmək mənasızdır, o, artıq uduzub - Vaydel
Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alisa Vaydel Berlinin Rusiya ilə münasibətlərdə ABŞ prezidenti Donald Trampdan nümunə götürməli və Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq göstərməli olduğunu bildirib.
Publika.az xəbər verir ki, Vaydel bu barədə “The Economist” nəşrinə müsahibəsində danışıb.
O, Almaniyanın Ukraynaya dəstəyini faydasız adlandırıb, Ukraynanın “çox kiçik” olduğunu və artıq müharibəni uduzduğunu iddia edib. Vaydelin fikrincə, Berlin qətllərə son qoymaq üçün Zelenskiyə təzyiq göstərməli və “hər şeydən əvvəl Almaniya” prinsipini rəhbər tutmalıdır.
AfD lideri müharibənin uzanmasının Almaniyanı təhlükə altında qoyduğunu desə də, Rusiyanı təhdid kimi qəbul etmək istəmədiyini nümayiş etdirib. O, Leypsiq hava limanına dron hücumuna cəhdin arxasında Rusiyanın dayandığını təsdiqləyən sübut görmədiyini bildirib.
Vaydel Rusiyanın 2022-ci ildə təcavüzkar olduğunu qəbul etsə də, Qərbin onilliklər ərzində Moskvanın təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almadığını iddia edib.
Qeyd edək ki, Vaydel ABŞ prezidenti Donald Trampın Rusiya ilə dizel yanacağının tədarükünə dair razılaşmasını da müsbət qiymətləndirib. Oktyabrın 11-də ABŞ-ın respublikaçı və demokrat senatorları bu razılaşmanın qanunvericiliyə zidd olduğunu bildirərək Trampı mövqeyini dəyişməyə çağırıblar.
Müəllif: Adəm
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi








































