Paris Kiyevə dəstəyi dayandırır? - Makron "Təmkinli olun!" dedi
Bizi izləyin

Avropa

Paris Kiyevə dəstəyi dayandırır? - Makron "Təmkinli olun!" dedi

Paris Kiyevə dəstəyi dayandırır? - Makron "Təmkinli olun!" dedi

Fransa Prezidenti Emmanuel Makron parlamentin "Milli birlik" fraksiyasının lideri Marin Le Penin çağırışan reaksiya verib.

Publika.az "France24"ə istinadən xəbər verir ki, o, siyasətçinin rəsmi Parisin Ukraynaya maliyyə dəstəyini dayandırmaq zərurətinin yaranması ilə bağlı iddiasını cavablandırıb.

Makron Ukraynaya dəstəyin dayandırılmasının Avropanın təhlükəsizliyini təhdid edəcəyini deyib.

"Ukraynanı dəstəkləməyi dayandırmalı və maliyyəni kəsməliyik deyənlər Avropanın təhlükəsizliyini və hər şeydən əvvəl Fransa xalqının təhlükəsizliyini nəzərə almırlar. Bəzi insanların artıq vəzifədədirmiş kimi danışmaları, təmkinsiz davranmaları təəccüblənirəm. Gəlin Fransanın kişi və qadınlarına hörmət göstərək. Onlar səs verəcəklər. Təvazökar və ciddi olun", - Makron deyib.

Xatırladaq ki, oktyabrın 14-də Le Pen diqqət çəkən çaöırışlar etmişdi. O, deyib ki, rəsmi Paris artıq Ukraynaya yardım göstərmək imkanına malik deyil. Sentyabr ayında isə o, Fransanın Kiyevi maliyyələşdirmək üçün vəsaitinin çatışmadığını bildirmişdi.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm