Avropa
Fransada sosial etirazlar artır
Fransanın müxtəlif şəhərlərində sosial etirazlar çərçivəsində yüzlərlə aksiya və nümayişlər təşkil olunub. Sol yönümlü müxtəlif həmkarlar ittifaqları və siyasi partiyaların dəstəklədiyi aksiyalar bahalaşmaya etiraz edən “sarı jiletlilər”i, məktəbliləri, tələbələri, iqlim fəallarını və fermerləri bir araya gətirir.
Publika.az yerli mediaya istinadla xəbər verir ki, Renn şəhərində səhər saat 7:45 radələrində etirazçılar Villejean qapısı və Renn 2 Universiteti yaxınlığında dairəvi avtomobil yolunda hərəkəti məhdudlaşdırıb, yanan barrikadalar qurublar.
Prefekturanın məlumatına görə, hüquq-mühafizə orqanlarının əraziyə gəlməsindən sonra nümayişçilər barrikadaları tərk ediblər. Daha sonra Lorian küçəsi yaxınlığında növbəti aksiya keçirilib, polisə müxtəlif əşyaların atılması ilə müşayiət olunan qarşıdurmalar baş verib.
Belfort şəhərində təxminən 300 nəfər bahalaşmaya etiraz etmək üçün Korbi meydanında toplaşıb. Puatyedə isə etirazçılar Siyasi Elmlər İnstitutunun kampusunu bağlayıb.
Marselin şimalındakı Estak məhəlləsində təxminən 50 “sarı jiletli” aksiya keçirib. Günün ikinci yarısında şəhərin Köhnə Liman ərazisində də nümayişin təşkili planlaşdırılır.
Lionda prefekturanın məlumatına görə, hərəkətə mane olmaq cəhdindən sonra Rona çayı üzərində, yarımada ilə şəhər mərkəzini birləşdirən körpünün yaxınlığında 40 nəfərlik qrup dağıdılıb. Feyzen neft emalı zavodunun yaxınlığında da təxminən 10 nəfərdən ibarət qrupun dağıdıldığı bildirilir.
Parisdə günün ikinci yarısında Respublika meydanından başlayan iki yürüşün keçirilməsi nəzərdə tutulur. Tələbələrin yürüşü Nation meydanına, “sarı jiletlilər”in və həmkarlar ittifaqlarının yürüşü isə Klişi meydanına istiqamətlənəcək.
Paris Polis Prefekturasının məlumatına görə, paytaxt aqlomerasiyasında artıq səhər saatlarından etibarən azı 40 nəfər saxlanılıb. Həbslərin əsasən qadağan olunmuş silah və qoruyucu vasitələrin daşınması ilə bağlı olduğu bildirilir.
-
Nida Xəbər 16:05İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
-
Nida Xəbər 16:01Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
-
Nida Xəbər 15:21Prezidentin sosial media hesablarında Ərdoğanın səfəri ilə bağlı videoçarx paylaşıldı
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
-
Nida Təhlil 14:19Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)



































.jpg)

