Britaniya ordusuna müharibə xəbərdarlığı - “Mülki əhali də qurbanlar verməli olacaq”
Bizi izləyin

Avropa

Britaniya ordusuna müharibə xəbərdarlığı - “Mülki əhali də qurbanlar verməli olacaq”

Britaniya ordusuna müharibə xəbərdarlığı -  “Mülki əhali də qurbanlar verməli olacaq”

"Britaniya hərbçiləri, ola bilsin ki, tezliklə müharibədə iştirak etmək məcburiyyətində qalsınlar".

Publika.az “The Independent”ə itinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Quru Qoşunlarının Baş Qərargah rəisi general Roli Uoker bəyan edib.

“Elə bir vaxt var idi ki, ölkəmiz müharibədə iştirak etmək üçün əsgərlərə ehtiyacı olacağı barədə düşünmək belə istəmirdi. Lakin dünya hadisələrinin gedişatını və ölkəmizin mövcud olduğu, habelə çiçəkləndiyi geopolitik sistemi öyrənən hər kəsin anlayacağı kimi, hazırda dünyada son dərəcə böyük təhlükə hökm sürür, hərbi xidmət məsələsi isə millət üçün yenidən aktuallaşır”, - deyə o bildirib.

Onun sözlərinə görə, Britaniyanın mülki əhalisi də ordunu dəstəkləməli və ölkənin təhlükəsizliyinin təmin olunmasında iştirak etməlidir. General qeyd edib ki, Britaniya rəhbərliyi vətəndaşlara müdafiəni təmin etmək üçün qurbanlar verməyə razı olmalı olduqlarını izah etməyə çalışacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm