Avropa
Fransada etiraz aksiyaları zamanı qarşıdurmalar baş verdi
Fransanın bir sıra şəhərlərində oktyabrın 17-də keçirilən etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib.
Publika.az xəbər verir ki, paytaxt Parisdə nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar qeydə alınıb. Polis gözyaşardıcı qazdan və su şırnaqlı maşından istifadə edib. Paris Polis Prefekturası 100-dən çox şəxsin saxlanıldığını açıqlayıb. Səhər saatlarından etibarən, xüsusilə dəmir yolu vağzallarının yaxınlığında yoxlamalar aparılıb. Həmçinin Parisdə həmkarlar ittifaqlarının birgə təşkil etdiyi yürüşün və “sarı jiletlilər”in Respublika meydanından Klişi meydanına doğru hərəkət etməsinə icazə verilib. Bununla yanaşı, paytaxtın bir sıra ərazilərində toplantılar qadağan edilib. Qadağanı pozanları 135 avro cərimə gözləyir.
Marseldə isə nümayişçilər bələdiyyə polisinin bölməsinə və meriyaya daxil olublar. Marselin 3-cü rayonunda yerləşən polis bölməsində şüşələr sındırılıb və tüstü fişəngləri atılıb. Prefektura bələdiyyə polisinin bölməsinə ziyan dəydiyini bildirib.
Lionda səhər saatlarında yolların bağlanması cəhdləri qeydə alınıb, bir neçə qrup polis tərəfindən dağıdılıb.
Renn şəhərində isə etirazçılar dairəvi avtomobil yolunda barrikadalar qurublar.
Marsel, Nansi və Lill şəhərlərində də səhər saatlarında yolların bağlanması halları müşahidə olunub.
-
Magazin122:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
















.jpg)
.jpg)



















