Fransız nazir iğtişaşlar səbəbindən ölkədə fövqəladə vəziyyət elan etdi
Bizi izləyin

Avropa

Fransız nazir iğtişaşlar səbəbindən ölkədə fövqəladə vəziyyət elan etdi

Fransız nazir iğtişaşlar səbəbindən ölkədə fövqəladə vəziyyət elan etdi

Fransa DİN rəhbəri Loran Nunyes oktyabrın 17-də keçirilən aksiyalar zamanı baş verən iğtişaşlar fonunda fövqəladə vəziyyət rejiminin tətbiq olunmayacağını bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə o, “BFMTV” telekanalının efirində bildirib.

Nazirin sözlərinə görə, təhlükəsizlik qüvvələrinin vəziyyətə nəzarət etmək üçün resursları kifayət edib və o, resursların yetərsiz olduğu qənaətində deyil. Nunyes vurğulayıb ki, polis qanun çərçivəsində hərəkət edib və lazımi tədbirlər görüb.

Nazir, həmçinin bir sıra şəhərlərdəki talanlara baxmayaraq, xüsusi rejimin tətbiqi üçün əsas görmədiyini bəyan edib. Onun sözlərinə görə, vəziyyət hakimiyyətin nəzarəti altında qalmaqdadır.

Nunyesin sözlərinə görə, ölkə üzrə ümumilikdə iğtişaşların 400-ə yaxın iştirakçısı saxlanılıb ki, onların da əksəriyyəti həddi-buluğa çatmış şəxslərdir.

Xatırladaq ki, bu gün Paris, Marsel və digər şəhərlərdə etirazçılarla polis arasında toqquşmalar baş verib. Parisdə iğtişaşlar radikal qrupların fəaliyyət göstərdiyi küçələrini də əhatə edib. Limojda meriya binası yandırılıb, Marsel və Bordo şəhərlərində isə etirazçılar şəhər administrasiyalarının binalarına daxil olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm