Avropa
Makronu başının kəsilməsi ilə hədələdilər
Etirazçılar Fransa Prezidenti Emmanuel Makrona kral XVI Lüdovikin taleyini xatırladıblar.
Publika.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Nəşrin məlumatına görə, etiraz aksiyalarının iştirakçıları vaxtilə adıçəkilən monarxın başının kəsildiyini və indi eyni aqibətin hazırkı dövlət başçısını da gözləyə biləcəyini bildirən şüarlar səsləndirirlər.
“Makron, Makron, biz bunu təkrarlayacağıq!” — mitinq iştirakçıları qışqırırlar.
Nəşrin məlumatına görə, Makronu başının kəsilməsi ilə hədələyən insanlar Paris küçələrində yürüş edir və prezidentin istefasını tələb edirlər. Etirazçıların arasında məktəblilər, tələbələr və “sarı jiletlilər” hərəkatının nümayəndələri var.
Daha əvvəl bildirilmişdi ki, qarşıdan gələn etiraz aksiyaları ilə əlaqədar Parisdə bir neçə metro stansiyası bağlanıb. Oktyabrın 17-si Fransada məktəblilərin tətilinin ilk günüdür. Bu səbəbdən ölkənin bir neçə regionunda şagirdlərin etiraz aksiyaları ilə əlaqədar yollarda hərəkət məhdudiyyətləri tətbiq olunur. Daxil İşlər Naziri ölkədə fövqəladə vəziyyət elan diləcəyini bildirib.
Oktyabrın əvvəlində Fransada yuxarı sinif şagirdlərinin etirazları zamanı 24 təhsil müəssisəsi yandırılıb və ya dağıdılıb. Etirazçılar təhsil sistemi üzrə 78 əməkdaşa hücum ediblər. Aksiyalar səbəbindən 400–500 təhsil müəssisəsinin fəaliyyəti dayanıb.
Hüseyn İbadlı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc17 Oktyabr 16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq




































