Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
Bizi izləyin

Avropa

Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər

Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər

Parisdə iğtişaşçılar şəhərin mərkəzi rayonlarının polis bölməsinə hücum ediblər. Polis əməkdaşları bölməni müdafiə etməyə məcbur olublar.

Publika.az xəbər verir ki, bu barədə rayonların meri Ariel Vayl BFMTV-yə bildirib.

“Parisin mərkəzində hüquq-mühafizə orqanlarının əməkdaşlarının bir hissəsi polis bölməsini müdafiə etməyə məcbur olub”, - deyə o bildirib.

Qeyd olunub ki, bu hücum Parisin mərkəzi hissəsində hüquq-mühafizə orqanlarının fəaliyyətinin effektivliyini azaldıb. Şəhərdə bir neçə başqa hücum da qeydə alınıb.

Parisdə iğtişaşlar axşam saatlarında Majenta bulvarına keçib. Burada etirazçılar mağazaların vitrinlərini və bankomatları dağıdır, ictimai nəqliyyat dayanacaqlarını və avtomobilləri yandırırlar.

Fransada yanacağın qiymətinin artmasına və alıcılıq qabiliyyətinin azalmasına qarşı çıxan iştirakçıların kütləvi etirazları davam edir. Parisdə etirazçılarla polis arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə ediblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm