Avropa
NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...
Böyük Britaniya, Almaniya və Fransadan olan hərbi kontingentlər "Könüllülər koalisiyası" təlimlərində iştirak etmək üçün Polşaya gələcək.
Publika.az Polşanın "Defence24" portalına istinadla verdiyi məlumata görə, Britaniyanın "The Times" qəzeti noyabr ayında keçiriləcək təlimlərdə Avropanın bir neçə ölkəsindən, əsasən Böyük Britaniyadan ən azı 1500 hərbçinin iştirak edəcəyini yazıb.
Manevrlərin əsas məqsədi atəşkəs razılaşması əldə olunacağı təqdirdə Ukraynada vəziyyəti sabitləşdirmək üçün nəzərdə tutulan potensial missiyaya Britaniya, Almaniya və Fransa qoşunlarını hazırlamaqdır.
Təşkilatçıların bildirdiyinə görə, təlimlər çoxmillətli əməliyyatlarda kadrların sürətli dislokasiyası imkanlarını, logistikanı və komandanlığın koordinasiyasını sınaqdan keçirəcək. Məqsəd həmçinin müxtəlif ölkələrin hərbi bölmələri arasında qarşılıqlı fəaliyyəti və əməkdaşlığı gücləndirməkdir.
Qeyd olunur ki, manevrlər "Könüllülər koalisiyası"nın fəaliyyəti çərçivəsində əlaqələndirilir.
Xatırladaq ki, "Könüllülər koalisiyası" ümumilikdə 30-dan çox ölkəni birləşdirən beynəlxalq ittifaqdır. Koalisiya 2025-ci ilin martında Ukraynaya uzunmüddətli hərbi və strateji dəstək vermək məqsədilə yaradılıb.
-
Sağlamlıq09:37Başqalarının "uğur vitrini": Sosial şəbəkələr özünəinamı necə sarsıdır?
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış




































