Avropa
Fransada gərginlik pik həddə: Tarixi binalar da məhv edilir - VİDEO
Fransada iğtişaşlar davam edir.
Publika.az Fransa mediasına istinadən xəbər verir ki, etirazçıların şənbə günü yaratdıqları xaosu əks etdirən yeni görüntülər yayılıb. İğtişaşçılar axşam saatlarında da davam edib və Limoj şəhər meriyası yandırılıb.
Yayılan görüntülərə şərh verən jurnalistlər yazıblar ki, Limojda etirazçılar şəhər meriyasını ələ keçirdikdən sonra binanı yandırıblar. Tikili mədəni irs imiş, 143 illik tarixi binanın xarici görünüşünün üçdə ikisi artıq yoxa çıxıb.
"Yanğın birinci mərtəbədə başlayıb, sonra dama yayılaraq binanı tamamilə yandırıblar. Polis maşınlarına da ziyan dəyib və yaxınlıqdakı bir neçə mağaza talan edilib. Bundan əlavə, etirazçılar Lill şəhər meriyasının bir neçə girişini sındıraraq içəri girib və dağıntılar törədiblər. Onlar tez bir zamanda qaçaraq ərazidən uzaqlaşa biliblər.
Marseldə də iğtişaşçılar şəhər meriyasına daxil olublar. Lakin onlar foyedən keçə bilməyiblər. Etirazçılar mebellərə zərər vurub və televizorları sındırıblar", - məqalədə yazılıb.
Xatırladaq ki, bir neçə gündür Fransada polislə toqquşmalarla müşayiət olunan genişmiqyaslı etirazlar keçirilir. Məlumata görə artıq minə yaxın etirazçı saxlanılıb.
Müəllif: Tural
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
İdman14:25Rusiyalı məşqçi Niderlandda qalmaqal yaşadı: "Bütün gecəni dişlədilər!" - VİDEO
-
Nəqliyyat13:37Hava limanında həyəcanlı anlar: Təyyarənin enişdə təkəri partladı - FOTO
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki
-
Yaxın Şərq12:44İran: ABŞ və İsrailə qarşı daha dağıdıcı plan hazırlamışıq
-
Ekologiya12:16Sabahın hava proqnozu açıqlandı
-
Digər11:56Maşın zəvvarlara çırpıldı - 15 ölü 40 yaralı var





































