Fransadakı etirazlar İtaliyaya keçdi - 141 polis yaralanıb(Foto)
Bizi izləyin

Avropa

Fransadakı etirazlar İtaliyaya keçdi - 141 polis yaralanıb(Foto)

Fransadakı etirazlar İtaliyaya keçdi - 141 polis yaralanıb(Foto)

Fransada başlayan və qiymət artımlarına, yaşayış xərclərinin çoxalmasına qarşı keçirilən etirazlar İtaliyaya da yayılıb. Milan, Turin və Bolonyada nümayişlər kütləvi iğtişaşlara çevrilib.

Publika.az xəbər verir ki, bu barədə "ANSA" məlumat yayıb. Nəşr polisin yaydığı məlumatlara istinad edib.

İtaliya polisinin məlumatına görə, ölkə daxilində keçirilən etirazlar zamanı 197 nəfərin iğtişaşlar törətməsi müəyyən edilib. 12 azyaşlı və altı əcnəbi də daxil olmaqla 28 nəfər saxlanılıb. Daha 43 nəfərə qarşı ittiham irəli sürülüb. Yaralanan hüquq-mühafizə orqanlarının əməkdaşlarının ümumi sayı isə 141-ə çatıb.

Milanda əsasən gənclər və yeniyetmələrdən ibarət təxminən 5000 nəfərlik kütlə Duomo meydanında toplaşıb. İğtişaşlar Via Broletto küçəsində başlayıb, radikallar polisə daş, fişəng və butulkalar atıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından və göz yaşartıcı qazdan istifadə ediblər. Bundan sonra izdiham qruplara bölünərək Bossi küçəsi və Galleria Vittorio Emanuele II-yə doğru irəliləyiblər. Burada isə mağazaların vitrinləri sındırılıb.

Baş nazir Corc Meloni etirazçıların hərəkətlərinə münasibət bildirib. O deyib: "Nümayişlər keçirmək bizim haqqımızdır. Amma şəhərlərimizi döyüş meydanına çevirmək haqq və hüququmuz deyil!".

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm