Avropa
Fransada həbs dalğası: Saxlanılanların sayı 2000-i keçdi
Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 2 mini ötüb.
Publika.az xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Loran Nünes "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
“Hazırda 2 mindən çox insan saxlanılıb. Təqsirkarların müəyyən edilərək məhkəmə qarşısına çıxarılması məqsədilə istintaq aparılır”, — deyə bəyanatda bildirilir.
O bildirib ki, ümumilikdə, iğtişaşlar zamanı 600 polis əməkdaşı xəsarət alıb.
Fransada etirazlar sentyabrın sonunda təhsil sahəsindəki problemlərə görə yuxarı sinif şagirdlərinin keçirdiyi nümayişlərlə başlayıb və tədricən bütün ölkəni əhatə edib. Oktyabrın 17-də Fransanın küçələrinə yarım milyondan çox insan çıxıb. Onların arasında fəallar, gənclərin, həmkarlar ittifaqlarının və fəhlə hərəkatlarının nümayəndələri də olub. Etirazçılar yanacağın qiymətinin artmasının dayandırılmasını və alıcılıq qabiliyyətinin artırılmasını tələb edirlər. Fransa Prezidenti Emmanuel Makron etirazlar zamanı dağıntılar törədənlərin cəzalandırılacağını vəd edib.
Hüseyn İbadlı
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki







































