Avropa
Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
Fransa Prezidenti Emmanuel Makron hökumətdən küçə iğtişaşlarının təkrarlanmaması üçün tədbirlər görməyi tələb edib.
Publika.az xəbər verir ki, onun sözləri BFMTV telekanalı yayıb.
“Oxşar hadisələrin proqnozlaşdırılması və kəşfiyyat məlumatlarının toplanması sahələrində bütün zəruri nəticələrin çıxarılmasını, eləcə də belə halların bir daha təkrarlanmaması üçün tədbirlərin görülməsini hökumətdən tələb etdim”, — deyə Fransa Prezidenti bildirib.
Bundan əvvəl Makron etirazlar zamanı dağıntılar törədənlərin cəzalandırılacağını vəd etmişdi.
Fransada etirazlar sentyabrın sonunda təhsil sahəsindəki problemlərə görə yuxarı sinif şagirdlərinin keçirdiyi nümayişlərlə başlayıb və tədricən bütün ölkəni əhatə edib. Oktyabrın 17-də Fransanın küçələrinə yarım milyondan çox insan çıxıb. Onların arasında fəallar, gənclərin, həmkarlar ittifaqlarının və fəhlə hərəkatlarının nümayəndələri də olub. Etirazçılar yanacağın qiymətinin artmasının dayandırılmasını və alıcılıq qabiliyyətinin azaldılmasını tələb edirlər.
Hüseyn İbadlı
-
Magazin122:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin221:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək










.jpg)
























