İtaliyada aksiyalar zamanı 160 etirazçı saxlanıldı
Bizi izləyin

Avropa

İtaliyada aksiyalar zamanı 160 etirazçı saxlanıldı

İtaliyada aksiyalar zamanı 160 etirazçı saxlanıldı

İtaliyanın Milan şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə gün davam edən iğtişaşlar zamanı 160 nəfəri saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti İctimai Asayiş Departamentinə istinadən məlumat yayıb.

Departamentin məlumatına görə, saxlanılanların təxminən 80 %-i yetkinlik yaşına çatmayanlardır.

Milandakı iğtişaşlar tələbə nümayişləri, artan yaşayış xərclərinə və yanacaq qiymətlərinə qarşı etirazlar fonunda üçüncü gündür davam edir. Hakimiyyət orqanlarının məlumatına görə, hüquq-mühafizə orqanlarının 140-dan çox əməkdaşı yaralanıb. Baş nazir Corcia Meloni bazar ertəsi hüquq-mühafizə orqanları və Daxili İşlər Nazirliyi rəhbərlərinin təcili iclasını çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm