Avropa
Fransanı onlar dağıdırlar - Makron xalqa müraciət etdi
Fransa Prezidenti Emmanuel Makron 17 oktyabr şənbə günü keçirilən etiraz aksiyalarından sonra baş verən zorakılıq və talanlar fonunda xalqa müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə "European Pravda" məlumat yayıb.
Fransa prezidenti ifrat solçu siyasətçiləri nümayişlər zamanı cinayət törətməkdə günahlandırıb.
"17 oktyabr, şənbə günü, çoxsaylı cinayətkarlarla birləşən ifrat sol qruplardan olan iğtişaşçılar şəhərlərimizdə zorakılıq törədiblər. Mağazalar talan edilib, ictimai binalar, ticarət müəssisələri və bələdiyyə binalarına hücum edilib və bəziləri dağıdılıb. Bir neçə yüz polis və jandarm yaralanıb", - Makron bildirib.
Fransa prezidenti hökumətin etirazlar zamanı biznesi zərər çəkən müəssisələrə kömək edəcəyinə söz verib. O, həmçinin əmri pozan hər kəsin məsuliyyətə cəlb olunacağını deyib.
Emmanuel Makron bildirib ki, "Hər bir qanun pozuntusu müvafiq hüquqi nəticələrlə qarşılanmalıdır. Əmlakı məhv edənlər pul ödəməlidirlər. Respublikanı devirməyə cəhd edənlər məsuliyyət daşıyacaqlar".
17 oktyabrda Fransada əvvəlcədən elan edilmiş "sosial səfərbərlik" zamanı çoxsaylı etirazlar polislə toqquşmalara, zorakılığa və talanlara çevrilib. Xüsusilə, Limoj şəhərindəki bələdiyyə binası nümayişçilər tərəfindən yandırılıb. Genişmiqyaslı etirazlar nəticəsində həbs olunanların sayı 2000-i keçib.
Müəllif: Tural
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı














.png)


















