Avropa
Fransanın daxili işlər nazirindən etiraf: Vəziyyət nəzarətdən çıxıb
Fransanın daxili işlər naziri Loran Nunes kütləvi iğtişaşlarla bağlı vəziyyətin nəzarətdən çıxdığını etiraf edib.
Publika.az xəbər verir ki, nazir “France Inter” radiosuna bildirib:
"Yüzlərlə mağazanın talan edildiyi bəzi böyük şəhərlərdə biznes sahiblərinin gözlərinə baxıb nəzarəti itirmədiyimizi deyə bilməzsən".
Onun sözlərinə görə, polis qüvvələri küçələrdəki insanların sayına nisbətən qeyri-mütənasib idi. Nazir hadisəyə görə bütün məsuliyyəti öz üzərinə götürüb və hətta istefasını da təklif edib, lakin prezident Emmanuel Makron bunu qəbul etməyib.
Şənbə günü Fransada genişmiqyaslı etirazlar baş tutub. Həftələrdir etiraz aksiyaları keçirən orta məktəb və universitet tələbələrinə ifrat solçu fəallar, "sarı jiletlilər" hərəkatının tərəfdarları, taksi sürücüləri, tibb bacıları, tikinti işçiləri və həmkarlar ittifaqı nümayəndələri də qoşulublar.
Onlar yaşayış qiymətlərinin artması ilə bağlı narazılıqlarını bildirmək üçün küçələrə çıxıblar.
Müəllif: Tural
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU




































