Makronu gözləyən aqibət: İstefaya getməsinə icazə verməyəcəklər, çünki...
Bizi izləyin

Avropa

Makronu gözləyən aqibət: İstefaya getməsinə icazə verməyəcəklər, çünki...

Makronu gözləyən aqibət: İstefaya getməsinə icazə verməyəcəklər, çünki...

Fransa Prezidenti Emmanuel Makron ölkədəki etirazlar fonunda istefa verməyəcək, çünki onun istefası hətta siyasi rəqibləri üçün də əlverişsiz ola bilər.

Publika.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu qiymətləndirməni politoloq Yuri Svetov edib.

"Makronun istefası olmayacaq. O, sona qədər hakimiyyətdə qalacaq. Onun getməsinə icazə verilməyəcək. Hətta Fransa liderinin əleyhdarları belə onun getməsindən faydalanmayacaqlar. Çünki o zaman etirazların məsuliyyəti başqasının üzərinə düşəcək. Hazırda hər kəs Makronun vəzifədə qalmasında maraqlıdır", - deyə o bildirib.

Politoloq həmçinin Makrona qarşı prezidentlik müddəti bitdikdən sonra cinayət ittihamlarının irəli sürülə biləcəyini də ehtimal edib. O, araşdırmaların müxtəlif maliyyələşdirmə məsələləri ilə əlaqəli ola biləcəyini bildirib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm