Avropa
Fransada etirazlar nəzarətdən çıxdı... - “Financial Times”dan sərt təhlil
Fransada kütləvi etirazlar hakimiyyətin ictimai narazılıq qarşısında çətinlik çəkdiyini üzə çıxarıb.
Publika.az xəbər verir ki, bunu Britaniyanın “Financial Times” qəzeti yazıb.
Nəşr bildirir ki, nümayişlərin miqyasının düzgün qiymətləndirilməməsi və böhranın həlli üçün atılan addımlar hökumətin vəziyyətə nəzarəti ilə bağlı suallar yaradıb.
Nəşrin fikrincə, küçə zorakılığının artması dövlət institutlarına etimadı zəiflədir və Prezident Emmanuel Makronun siyasi mövqeyinə zərbə vurur. Qəzet hazırkı hadisələri 2018-ci ilin “sarı jiletlilər” hərəkatı ilə müqayisə edir və Fransanın indiki maliyyə imkanlarının əvvəlki dövrlə müqayisədə məhdud olduğunu vurğulayır.
Xatırladaq ki, oktyabrın 17-də yanacağın bahalaşmasına və alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq Fransada kütləvi aksiyalar keçirilib. Təşkilatçılar nümayişçilərin sayını 800 min, Daxili İşlər Nazirliyi isə 550 min nəfər göstərib. Bir sıra şəhərlərdə aksiyalar iğtişaşlara və polislə toqquşmalara çevrilib.
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA























.jpg)






.jpg)



