Avropa
Fransa sahibkarları Makronun yaxasından yapışdılar: Zərəri ödə
Fransa Sahibkarlar Hərəkatının (MEDEF) rəhbəri Patrik Martin bildirib ki, Fransa hakimiyyəti son iğtişaşlar zamanı öz vəzifəsini yerinə yetirməyib və biznesləri talan və soyğunçuluqdan qorumayıb.
Publika.az xəbər verir ki, Martrin bildirib ki, buna görə də dəymiş ziyanı ödəməlidir. Onun çıxışı RMC radiosunda yayımlanıb.
"Sığortaçılara təzyiq barədə eşidəndə bir az təəccüblənirəm: onlar sadəcə öz işlərini görürlər, sığorta haqlarını isə biz ödəyirik. Biz göz yumub məsuliyyəti başqasının üzərinə ata bilmərik. Dövlət bu xərcləri öz üzərinə götürməlidir, çünki biz qayda-qanunu qorumaq üçün vergi ödəyirik", - Martin deyib.
Martin, onunla əlaqə saxlayan bir çox mağaza sahibinin depressiyada olduğunu və artıq bizneslə məşğul olmaq istəmədiyini söyləyib. Bu fonda MEDEF rəhbəri dövləti əsas funksiyalarını yerinə yetirməyə və sahibkarlara müdaxilə etməməyə çağırıb.
Sonuncuya nümunə olaraq, o, bir sahibkarın mağazasının fasadını Tarixi Abidələr Departamenti ilə mübahisələndirməyə məcbur olduğu və bir neçə gün sonra hakimiyyətin eyni binanın təhlükəsizliyini təmin edə bilmədiyi bir vəziyyəti misal gətirib.
Hakimiyyət orqanlarının məlumatına görə, Fransada 17 oktyabr iğtişaşları zamanıetirazçılar təxminən 3000 mağazanı talan ediblər. Məktəblilərin nümayişləri ilə başlayan etirazlar ötən həftə sonu ölkəni bürüyüb, o cümlədən talan və yanğınlar baş verib.
Müəllif: Tural
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
















.jpg)









.jpg)










