Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Bizi izləyin

Avropa

Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir

Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir

İtaliya hökuməti oktyabrın 17-18-də baş verən iğtişaşlardan sonra Milana 500 hərbçi göndərməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Ölkədə yaşayış xərclərinin artmasına qarşı keçirilən aksiyalar mağazaların talan edilməsi və polislə toqquşmalarla nəticələnib. "Decathlon", "Arc’teryx" və "Vodafone" kimi şirkətlər zərər çəkib, bir sıra brendlər isə mağazalarının vitrinlərini bağlayıb.

İtaliya polisi Milan şəhərində iğtişaşlar zamanı 271 nəfərin saxlanıldığını açıqlayıb. Hökumət asayişin bərpası üçün, o cümlədən yetkinlik yaşına çatmayanların qabaqlayıcı həbs müddətinin uzadılması kimi sərt tədbirləri nəzərdən keçirir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm