Avropa
Şahzadə Diana Harrinin gələcəyindən niyə narahat olub? - Yeni detallar
Şahzadə Diana oğlu Şahzadə Harrinin qardaşı Uilyamla münasibətlərinə görə onun gələcəyindən narahat olub.
Publika.az xəbər verir ki, bu barədə "Fox News" yaxın vaxtlarda yayımlanacaq üç hissəli “Diana Unheard” (“Eşidilməyən Diana”) sənədli filminə istinadla məlumat yayıb.
Kral ailəsinin bioqrafı Kristofer Andersenin sözlərinə görə, Uels şahzadəsi lap əvvəldən Harrinin “ehtiyat varis” mövqeyinə və dünyanın onu “cazibədar dəcəl” kimi görməsinə görə kral ailəsində öz yerini tapmaqda çətinlik çəkəcəyindən narahat olub.
“Diana lap əvvəldən Harrinin gələcək kral olan qardaşının kölgəsində solacağından qorxurdu”, - bioqraf bildirib.

Andersenin sözlərinə görə, Diana Uilyamı “yaşına görə qeyri-adi dərəcədə müdrik, həssas və yetkin” bir oğlan kimi görürdü. Onun fikrincə, Uilyam gələcək kral məsuliyyətini daşımağa hazır idi. Bioqraf qeyd edib ki, Uilyam uşaqlıqdan anasının narahatlığını bölüşür və qardaşının hisslərini qorumağa çalışırdı.
Sənədli filmdə Diananın bioqraf Endryu Mortona verdiyi və 1992-ci ildə nəşr olunan “Diana: Onun əsl hekayəsi” kitabının əsasını təşkil edən audioyazılardan istifadə olunacaq.
Daha əvvəl Şahzadə Harrinin şahzadə Diana haqqında film çəkə biləcəyi barədə məlumat yayılmışdı.
Hüseyn İbadlı
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?




















.jpg)





.jpg)
.jpg)








