Avropa
Vuçiçdən yeni dünya müharibəsi XƏBƏRDARLIĞI - “O, mütləq atəş açacaq...”
Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç Avropa ölkələrinin sürətlə silahlanması fonunda üçüncü dünya müharibəsinin başlaya biləcəyini bəyan edib.
Publika.az xəbər verir ki, o, bu barədə jurnalist Kseniya Sobçakın “YouTube” platformasında yayımlanan müsahibəsində danışıb.
Vuçiç Avropanın müdafiə sənayesinə yatırdığı vəsaitin həcminə diqqət çəkib. Onun fikrincə, Avropa dövlətləri hərbi potensiallarını artırırlar. O, mövcud vəziyyəti Çexovun dramaturgiya prinsipilə müqayisə edib: əgər birinci pərdədə səhnədə tüfəng asılıbsa, üçüncü pərdədə o, mütləq atəş açacaq.
Vuçiç nümunə olaraq silah istehsalını artıran Almaniyanın müdafiə konserni “Rheinmetall”ı göstərib.
Dünya müharibəsinin başlaya biləcəyi ilə bağlı suala Serbiyanın keçmiş lideri belə cavab verib:
“Yanılsaydım, dünyanın ən xoşbəxt insanı olardım. Amma qorxuram ki, yanılmıram”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO











.jpg)








.jpg)











