Avropa
Ukraynaya üçün təhlükəsizlik zəmanətləri - Təkliflər Rusiyaya çatdırılacaq
Oktyabrın 20-də Osloda Ukrayna, Amerika Birləşmiş Ştatları və Avropa nümayəndə heyətləri müharibəyə son qoyulması yollarını müzakirə ediblər. Görüşdə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsi də gündəmə gətirilib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski görüşdən sonra keçirilən mətbuat konfransında məlumat verib.
Prezidentin sözlərinə görə, tərəflər Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə ediblər.
“Amerikalılara güclü zəmanətlər verəcəklərini bildirdikləri üçün minnətdaram. Biz müxtəlif təklifləri, o cümlədən NATO-nun 5-ci maddəsinə bənzər zəmanətləri müzakirə etdik”, – deyə Zelenski bildirib.
O qeyd edib ki, müxtəlif təhlükəsizlik zəmanətləri nəzərdən keçirilir. Bunlara sənədlərdə əksini tapan zəmanətlər, eləcə də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiya tərəfinə çatdıracağı təkliflər daxildir.
“Onların cavabını bir gün sonra eşidəcəyik”, – deyə Ukrayna Prezidenti əlavə edib.
Qeyd edək ki, görüşdə iştirak edən Finlandiya Prezidenti Aleksandr Stubb Osloda keçirilən danışıqlarda real irəliləyiş əldə olunduğunu bildirib.
Onun sözlərinə görə, müzakirələr hava hücumundan müdafiə, enerji obyektlərinin qorunması və qismən atəşkəs, o cümlədən enerji və ərzaq təhlükəsizliyi məsələlərinə yönəlib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO















.jpg)




.jpg)













