Fransanı bürümüş iğtişaşlar Britaniyanı qorxuya saldı - Gənclərə xəbərdarlıq edildi
Bizi izləyin

Avropa

Fransanı bürümüş iğtişaşlar Britaniyanı qorxuya saldı - Gənclərə xəbərdarlıq edildi

Fransanı bürümüş iğtişaşlar Britaniyanı qorxuya saldı - Gənclərə xəbərdarlıq edildi

Fransanı bürümüş iğtişaşların ssenarisi Böyük Britaniyada da təkrarlana bilər.

Publika.az xəbər verir ki, bunu Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok "GB News" telekanalına müsahibəsində bildirib.

Siyasətçi ölkədə etiraz əhval-ruhiyyəsinin artmasından narahatlığını ifadə edib və Britaniyanın müxtəlif şəhərlərində artıq aksiyaların keçirildiyini xatırladıb.

“Burada da oxşar hadisələrin baş verə biləcəyindən narahatam. Məhz buna görə iqtisadiyyatımızın yenidən böyüməsi bizim üçün çox vacibdir”, - deyə Badenok qeyd edib.

Onun fikrincə, ictimai gərginliyi təkcə iqtisadi çətinliklər deyil, həm də irqçilik, Böyük Britaniyanın müstəmləkə keçmişi və ağdərili əhalinin malik olduğu imtiyazlar barədə müzakirələr artırır.

Mühafizəkarlar Partiyasının lideri Britaniya mədəniyyətini qorumaq niyyətində olduğunu vurğulayıb və gənclərdə öz ölkələrinə qarşı mənfi münasibətin formalaşmasının təhlükəli olduğu barədə xəbərdarlıq edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm