Avropa
Aİ-dən Türkiyənin sazişinə sərt mövqe: Memorandum tanınmadı
Avropa İttifaqı Türkiyə ilə Liviya arasında dəniz zonalarının delimitasiyasına dair ikitərəfli memorandumu qanunsuz və hüquqi qüvvədən düşmüş sənəd kimi tanıyıb.
Publika.az xəbər verir ki, bu barədə “Kurdistan24” məlumat yayıb.
Brüsseldə bildirilib ki, sənəd üçüncü dövlətlərin suveren hüquqlarını pozur, BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasının (UNCLOS) normalarına ziddir və beynəlxalq subyektlər üçün heç bir hüquqi nəticə doğurmur.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və avropalı diplomatlar Yunanıstan və Kiprlə tam həmrəylik ifadə ediblər. Bildirilib ki, Ankaranın dəniz iddiaları bu ölkələrin Krit də daxil olmaqla adalar ətrafındakı kontinental şelf və müstəsna iqtisadi zona hüquqlarını nəzərə almır.
Aİ, həmçinin Liviya böhranına kənardan sabitliyi pozan müdaxilələrin yolverilməz olduğunu vurğulayıb.
Afina və Nikosiya Türkiyənin Şərqi Aralıq dənizindəki iddialarını rəsmiləşdirmək cəhdlərinin qarşısını almaq üçün hüquqi mexanizmləri əlaqələndirməyə davam edirlər.
Müəllif: Adəm
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar





































