Fransada qırıcı təyyarə qəzaya uğradı: Bir ekipaj üzvünün meyiti tapıldı
Bizi izləyin

Avropa

Fransada qırıcı təyyarə qəzaya uğradı: Bir ekipaj üzvünün meyiti tapıldı

Fransada qırıcı təyyarə qəzaya uğradı: Bir ekipaj üzvünün meyiti tapıldı

Fransa Hərbi Hava Qüvvələrinə məxsus “Mirage 2000D” qırıcı təyyarəsi ötən gün axşam saatlarında Nansi şəhəri yaxınlığında qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə “Franceinfo” radiostansiyası məlumat yayıb.

Qəza yerində ekipaj üzvlərindən birinin meyitinin qalıqları aşkarlanıb. İkinci ekipaj üzvünün axtarışları isə davam edir.

Hadisə yerində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır. Əməliyyata helikopterlər, yanğınsöndürənlər, jandarm və hərbi mütəxəssislər cəlb olunub.

Yerli sakinlər hadisə zamanı güclü partlayış səsi eşitdiklərini və səmada parlaq işıq gördüklərini bildiriblər.

Qeyd edək ki, “Mirage 2000D” iki nəfərlik ekipaj üçün nəzərdə tutulmuş, istənilən hava şəraitində fəaliyyət göstərə bilən zərbə təyyarəsidir. Bu model 1990-cı illərdən Fransa Hərbi Hava Qüvvələrinin silahlanmasındadır. Nansi şəhərinin yaxınlığında Fransanın böyük aviabazalarından biri yerləşir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm