Britaniyanın dövlət borcu 4 trilyon dolları keçdi - Tarixdə ilk dəfə
Bizi izləyin

Avropa

Britaniyanın dövlət borcu 4 trilyon dolları keçdi - Tarixdə ilk dəfə

Britaniyanın dövlət borcu 4 trilyon dolları keçdi - Tarixdə ilk dəfə

Böyük Britaniyanın dövlət borcu tarixdə ilk dəfə 3 trilyon funt sterlinqi (təxminən 4 trilyon dollar və ya 6,8 trilyon manat) ötüb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Britaniya hökumətinin xarici borclanmasının həcmi bu ilin sentyabrında 24,52 milyard funt sterlinqə (təxminən 55,6 milyard manat) çatıb. Bu göstərici proqnozlaşdırılan səviyyədən yüksək olub.

Eyni zamanda, ölkənin büdcə kəsiri 97,8 milyard funt sterlinqə (təxminən 221,8 milyard manat) yüksəlib. Bu, gözləniləndən 6 milyard funt (13,6 milyard manat) çoxdur. Bununla belə, büdcə kəsiri 2025-ci illə müqayisədə 4,4 milyard funt sterlinq (təxminən 10 milyard manat) azdır.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm