Avropa
Baltikyanı bölgədə hərbi hazırlıq: Bu ölkə silah almaq üçün Aİ-dən milyardlar istəyir
Litva Maliyyə Nazirliyi döyüş sistemləri və digər silahların alınması üçün Avropa Komissiyasına 1,06 milyard avro ayrılması ilə bağlı müraciət göndərib.
Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Vəsait Quru Qoşunlarının diviziyasının təchiz edilməsi, Baltikyanı müdafiə xəttinin yaradılması və Silahlı Qüvvələrin infrastrukturunun inkişafı üçün lazımdır. Qeyd olunan vəsaitin iki ay ərzində ayrılacağı gözlənilir. Vilnüs iyun ayında vəsaitin 15 faizi həcmində avans alıb.
Ödənişlər Avropa İttifaqının (Aİ) SAFE (Security Action for Europe) adlı müvəqqəti hərbi kredit proqramı çərçivəsində həyata keçirilir. Litva üçün ümumi kredit xətti 6,375 milyard avro təşkil edir. Avropa Komissiyası müraciəti təsdiqlədikdən sonra Litvanın aldığı vəsaitin ümumi məbləği 1,86 milyard avroya çatacaq.
Maliyyə Nazirliyinin izahına görə, vəsaitlər dövlət satınalmaları elan edildikdən, hərbi müqavilələr imzalandıqdan, istehsalçılara avans ödənişləri edildikdən və məhsulların bir hissəsi təhvil alındıqdan sonra köçürülür.
Qeyd edək ki, kreditin qaytarılma müddəti 45 ildir. Faiz dərəcəsi Avropa Komissiyasının özünün borc vəsaitlərini cəlb edərkən ödədiyi faiz dərəcəsinə uyğundur. Həmçinin 10 illik güzəşt müddəti nəzərdə tutulub. Bu müddət ərzində Litva yalnız faizləri ödəyəcək, əsas borcun qaytarılmasına isə daha sonra başlayacaq.
Müəllif: Valeh
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü






.jpg)











.jpg)
.jpg)



.jpg)















