Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı
Bizi izləyin

Avropa

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

Ukraynada İnternet Partiyasının bazasında yaradılmış “Süni intellekt” adlı yeni siyasi partiya qeydiyyata alınıb.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Qlavkom” nəşri Vahid Dövlət Reyestrinin məlumatlarına istinadla məlumat yayıb.

Yeni siyasi qüvvənin sədri sahibkar Aleksandr Oşovski olub.

Nəşrin qeyd etdiyi kimi, Oşovski 2024-cü ilin iyul ayına qədər ixtisaslaşmamış mağazalarda pərakəndə ticarətlə məşğul olub.

Ukraynanın İnternet Partiyası əvvəllər qeyri-adi namizədləri ilə diqqət çəkib. 2014-cü ildə partiya Ali Radaya seçkilərdə “Ulduz müharibələri” filminin personajlarını, o cümlədən Dart Veyderi, imperator Palpatini, Çubakkanı və magistr Yodanı namizəd göstərib. 2019-cu ildə isə Dart Veyder adlı namizəd bu dəfə “Dart Veyder bloku” partiyasından Odessada parlament seçkilərində iştirak edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm