Avropa
Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
Şənbə günü Fransada keçiriləcək kütləvi etirazlarla bağlı təhlükəsizliyi təmin etmək üçün 70 min güc strukturu əməkdaşı səfərbər edilib.
Publika.az xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.
Məqalədə qeyd edilib ki, Fransa hakimiyyəti hərbi qulluqçularla yanaşı, elit xüsusi polis bölmələrini və jandarmeriyanı aksiyaların keçirələcyi ərazilərə yerləşdirmək niyyətindədir. Təhlükəsizlik qüvvələrinə binaları qorumaq və hüquq-mühafizə orqanlarını dəstəkləmək üçün digər əməliyyatları yerinə yetirmək tapşırılacaq.
Etirazlar zamanı helikopterlər, dronlar, zirehli maşınlar və su şırnaqlı xüsusi avtomobillər da yerləşdiriləcək.
Qeyd edək ki, bu gün təkcə Fransanın paytaxtı Parisdə bir neçə nümayişin keçirilməsi planlaşdırılıb. Aksiyalarla əlaqədar şəhərin müxtəlif ərazilərində təhlükəsizlik tədbirləri gücləndirilir, bəzi küçələrdə hərəkət məhdudlaşdırılır və ictimai nəqliyyatın fəaliyyətində dəyişikliklər gözlənilir. Etiraz nümayişlərinin əsas marşrutları arasında Sen-Lazar vağzalı, Respublika meydanı, Monparnas və Nation meydanı istiqamətləri yer alır. Sen-Lazar vağzalından yürüş saat 13:00-da, Respublika meydanı, Monparnas və Nation meydanından isə saat 14:00-da başlamalıdır.
Xatırladaq ki, Fransada etirazlar sentyabrın sonlarında orta məktəb şagirdlərinin təhsil sistemindəki problemlərlə bağlı nümayişləri ilə başlayıb. Aksiyalar tədricən ölkə daxilində genişmiqyaslı iğtişaşlar kimi yayıldı. Daha sonra nümayişçilər yanacaq qiymətlərinin artmasına və alıcılıq qabiliyyətinin azalmasına qarşı nümayişlərə başladılar.
Müəllif: Tural
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı




































