Avropa
Fransada 135 etirazçı saxlanıldı
Bütün Fransa üzrə etirazlarla əlaqədar 135 nəfər saxlanılıb.
Publika.az fransız mediasına istinadən xəbər verir ki, bunu Fransa daxili işlər naziri Loran Nunyes brifinq zamanı bildirib.
Onun sözlərinə görə, müsadirə edilmiş silahlar arasında metal şarlar, fişənglər, sapandlar, polad güllələr, əldəqayırma silah, katana (yapon qılıncının bir növü) və straykbol silahı var.
O əlavə edib ki, "küçələrdə 136 aksiya" qeydə alınıb, halbuki keçən şənbə "eyni vaxta qədər" onların sayı 264 olub.
"Biz ictimai yerlərdə 35 min nəfər saydıq, halbuki oktyabrın 17-də onların sayı 60 min idi", – o deyib.
Əvvəllər Nunyes bildirib ki, asayişin təmin edilməsinə 70 min polis cəlb ediləcək. Bildirilir ki, Lionda polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Əvvəllər məlumat verilmişdi ki, Orleanda oktyabrın 24-26-sı tarixlərinə müvəqqəti komendant saatı tətbiq edilib.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər



























.jpg)









