Avropa
Romada etirazçılar Kolizeyə girdilər
Romada gənclərin etiraz aksiyasının iştirakçıları Kolizeyə daxil olublar.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, minlərlə insandan ibarət izdihamdan ayrılan bir neçə yüz radikal Kolizeyin içərisinə daxil olub. Təxminən 10 dəqiqə sonra asayişi bərpa etmək üçün xüsusi geyimdə olan polis əməkdaşları hadisə yerinə gəliblər. Daha 15 dəqiqə sonra nümayişçilər ərazini tərk ediblər və bundan sonra Kolizeyə aparan darvazaları bağlamaq mümkün olub.
Etiraz iştirakçılarının bir qismi üzlərini balaklavalarla gizlədir. Vəziyyət gərgin olaraq qalır, lakin polislə nümayişçilər arasında toqquşma baş verməyib.
“Il Messaggero” qəzetinin məlumatına görə, oktyabrın 24-də Romada elan edilmiş nümayişlərlə əlaqədar hakimiyyət orqanları ictimai asayişin qorunması tədbirlərini gücləndiriblər. Şəhərin mərkəzi rayonlarına nəzarət etmək üçün 1500-dən çox hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub, etirazçılar isə havadan pilotsuz uçuş aparatları vasitəsilə izlənilir. Şənbə günü ümumilikdə dörd etiraz aksiyasının keçirilməsi gözlənilirdi.
Hüseyn İbadlı
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı

























.jpg)









