Avropa
Dəhşətli fırtına Fransanı cənginə aldı
Fransada “Austen” fırtınasının keçməsindən sonra şənbə günü təxminən 72 min ev təsərrüfatı elektrik enerjisiz qalıb. “Enedis” şirkətinin məlumatına görə, ən çox zərər çəkən bölgələr Bretan və Normandiyadır.
Publika.az xəbər verir ki, Bretanda 29 900, Normandiyada isə 20 900 abonent hələ də elektrik enerjisindən məhrumdur. Cümə günü saat 07:00-da Bretan, Luara torpaqları və Normandiya bölgələrində elektriksiz qalan evlərin sayı 161 minə çatmışdı. Şəbəkə operatoru hava şəraiti imkan verən kimi qəza-bərpa işlərinə başlamaq üçün 2 mindən çox əməkdaşın səfərbər edildiyini bildirib.
Payızda Fransaya təsir edən ilk fırtına olan “Austen” səbəbindən 23 departamentdə güclü küləklə bağlı narıncı xəbərdarlıq elan olunub. “Météo-France” meteorologiya xidmətinin məlumatına görə, Uessant adasında küləyin sürəti saatda 143 kilometrə, Plumanakda 137 kilometrə, Lannionda isə 119 kilometrə çatıb.
Fırtına Normandiyanın bütün dəmir yolu xətlərində, eləcə də Bretan və Fransa-Şimal bölgələrinin bəzi dəmir yolu şəbəkələrində hərəkətin dayanmasına səbəb olub. Fransa ilə Böyük Britaniya arasında bəzi dəniz nəqliyyatı reysləri də təxirə salınıb.
Morbian departamentinin prefekturası yanğınsöndürənlərin elektrik mənşəli dörd yanğın qeydə aldığını, həmçinin yerə düşmüş naqillərlə bağlı altı çağırışa cavab verdiklərini bildirib.
“Météo-France” bazar günü yeni hava pozuntusunun, yağışın və güclü küləyin gözlənildiyini xəbər verir. La-Manş sahillərində küləyin sürətinin saatda 70–90 kilometrə çatacağı proqnozlaşdırılır.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı












.png)






















