Fransada minə yaxın etirazçı saxlanıldı
Bizi izləyin

Avropa

Fransada minə yaxın etirazçı saxlanıldı

Fransada minə yaxın etirazçı saxlanıldı

Fransada hüquq-mühafizə orqanlarının əməkdaşları 24 oktyabrda ölkə daxilində artan yaşayış xərclərinə qarşı keçirilən kütləvi nümayişlər zamanı təxminən 1000 nəfəri saxlayıblar.

Publika.az BFMTV-uə istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri Loran Nunyes məlumat verib.

Xatırladaq ki, 18 oktyabrda Fransa Prezidenti Emmanuel Makron hökumətdən gələcək etirazların qarşısını almaq üçün tədbirlər görməyi tələb edən təcili müraciət edib. O, iğtişaşlara görə məsuliyyət daşıyanları cəzalandıracağını və təsirlənmiş biznesləri dəstəkləyəcəyini vəd edib.

Makronun əleyhdarları onun çıxışını "acınacaqlı" adlandırıblar və prezidenti sosial iğtişaşlara görə məsuliyyət daşıdığını bildiblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm