Avropa
Fransada terror törədənin evindən Hitlerin kitabı çıxdı
Fransa Milli Terrorla Mübarizə Prokurorluğu (PNAT) diqqət çəkən məlumat yayıb.
Publika.az BFMTV-yə istinadən xəbər verir ki, Fransanın Trapp şəhərində baş verən atışmada şübhəli bilinən şəxsin mənzilində axtarış zaman Hitlerin kitabı tapılıb.
"Kevin T.-nin evində "Mein Kampf" kitabının bir nüsxəsi, eləcə də İncil ilə Quran da olub", - deyə açıqlamada bildirilir.
Bundan başqa fransızın mənzilində elektrik naqillərinə qoşulmuş üç qaz balonu və xüsusi taymer də tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun avtomobilində "Sten" silahı və göz yaşartıcı qaz balonu aşkarlayıblar.
Xatırladaq ki, oktyabrın 23-də Parisin cənub-qərbindəki Trapp kommunasında bir nəfərin atəş açması barədə məlumatlar yayıldı. Sonradan rəsmi şəkildə təsdiqlənən məlumatlarda qeyd edilirdi ki, silahlı insident nəticəsində bir nəfər ölüb, dörd nəfər isə yaralanıb. Cinayətkarın qurbanları arasında 12 yaşlı bir qız da olub. Maraqlıdır ki, bu terror hadisəsi Fransada genişmiqyaslı iğtişaşların baş verdiyi dövrə təsadüf edib. Sentyabrın sonunda təhsil sahəsindəki problemlərə etiraz edən yuxarı sinif şagirdlərinin nümayişləri ilə başlayan etirazlar tədricən bütün ölkəni əhatə edib. Daha sonra nümayişçilər yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı çıxıblar.
Müəllif: Tural
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu


























_(1).jpg)









