Avropa
Vuçiçin anasına hücum etdilər
Serbiyanın hakim Serb Tərəqqi Partiyası (SNS) Aleksandar Vuçiçin anası Ancelina Vuçiçə qarşı fiziki və şifahi hücumun baş verdiyini bildirib.
Publika.az xəbər verir ki, partiyanın rəsmi saytında yayılan bəyanata əsasən, hadisə oktyabrın 25-də Belqradda, Kaleniç bazarının yaxınlığında baş verib.
SNS-in məlumatına görə, blokada tərəfdarı siyasi mövqeyə malik bir qrup gənc Ancelina Vuçiçi itələyib, onun üzərinə qışqırıb və bazardan aldığı ərzaq məhsulları olan torbaları cırıb.
Partiya hadisəni aqressiya, alçaltma və hədə-qorxu aktı kimi qiymətləndirərək, səlahiyyətli orqanlardan insidentin bütün hallarının araşdırılmasını və hadisədə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib.
Bəyanatda bildirilir ki, Ancelina Vuçiç hadisə ilə bağlı polisə müraciət edib. SNS hüquq-mühafizə orqanlarını insidentə gecikmədən, peşəkar şəkildə və qanunvericiliyə uyğun reaksiya verməyə çağırıb.
Partiya, həmçinin bütün siyasi qüvvələri hadisəni açıq şəkildə pisləməyə çağırıb və siyasi fikir ayrılıqlarının zorakılığa bəraət qazandıra bilməyəcəyini vurğulayıb.(Report)
-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu























_(1).jpg)









