Avropa
Meqanın atasına yazdığı məktub yayıldı: "Nəvələrini heç vaxt görməyəcəksən!"
Şahzadə Harrinin həyat yoldaşı olan Sasseks hersoginyası Meqan Marklın uzun illərdir münasibət saxlamadığı atası Tomas Markla göndərdiyi məktubun təfərrüatları üzə çıxıb.
Publika.az BBC-yə istinadla xəbər verir ki, Meqan Markl 2025-ci ildə atası Tomas Markla göndərdiyi məktubda onun azyaşlı qızlara qarşı zorakılıq törətməsi ilə bağlı iddialardan həm özünün, həm də hüquq-mühafizə orqanlarının xəbərdar olduğunu bildirib.
Hersoginyaya yaxın mənbələrin məlumatına görə, Meqan məktubunda atasının nəvələri Arçi və Lilibetlə heç vaxt görüşməyəcəyini və onunla bir daha əlaqə saxlamayacağını qeyd edib. Məktubun 82 yaşlı Tomas Markla Filippində ayağının amputasiya edilməsindən sonra xəstəxanada müalicə aldığı vaxt göndərildiyi bildirilir.
Mediada yayılan məlumatlara əsasən, Tomas Marklın Filippindəki keçmiş evində uşaqlara qarşı cinsi zorakılıq məzmunlu görüntülər aşkar edilib. Bundan əlavə, Böyük Britaniya polisi 2019-cu ildə Meqan Marklı atasına qarşı irəli sürülən zorakılıq iddiaları barədə məlumatlandırıb.
Tomas Markl isə bütün ittihamları rədd edir.
Qeyd edək ki, Meqan Markl 2018-ci ildən atası ilə əlaqə saxlamır. Tomas Markl həmin il səhhətində yaranan problemləri əsas gətirərək qızının Şahzadə Harri ilə toy mərasimində iştirak etməyib. 2025-ci ildə göndərilən məktubun ata ilə qız arasında uzun illər davam edən gərgin münasibətlərə birdəfəlik son qoyduğu bildirilir.
-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu

























_(1).jpg)









