Etirazlar, borc böhranı və siyasi təzyiq: Makron çıxılmaz vəziyyətdə
Bizi izləyin

Avropa

Etirazlar, borc böhranı və siyasi təzyiq: Makron çıxılmaz vəziyyətdə

Etirazlar, borc böhranı və siyasi təzyiq: Makron çıxılmaz vəziyyətdə

Fransa prezidenti Emmanuel Makronun ölkədə davam edən etirazların qarşısını almaq üçün manevr imkanları getdikcə azalır. Büdcə çatışmazlığı, artan borclanma xərcləri və siyasi rəqiblərin güclənməsi onun vəziyyətini daha da çətinləşdirir.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.

Agentliyin müəllifi Alan Katsın sözlərinə görə, polis qüvvələrinin genişmiqyaslı səfərbərliyi oktyabrın 17-də baş verən zorakılıqların təkrarlanmasının qarşısını almağa kömək edib. Lakin bu addım Fransada kütləvi etirazlara səbəb olan əsas problemlərin həllinə yaxınlaşdırmayıb.

“Makron bu mərcdə qalib gəldi, lakin Fransada kütləvi etirazların əsasını təşkil edən problemin həllinə yaxınlaşa bilmədi. Görünür, etirazlar səngiməyəcək”, - deyə bildirilib.

Agentliyin məlumatına görə, Fransanın maliyyə imkanları da məhduddur. Büdcə kəsiri artır, borclanma xərcləri yüksəlir. Fransa və Almaniya dövlət istiqrazları arasındakı gəlirlilik fərqi isə avrozonada borc böhranı dövründəki səviyyəyə çatıb.

Belə bir şəraitdə qarşıdan gələn prezident seçkiləri ərəfəsində “Milli Birlik” partiyasının namizədi Marin Le Penin mövqeləri güclənir. “Le Parisien” qəzetinin sorğusuna əsasən, o, seçki yarışında inamla liderlik edir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm