Avropa
Melanşondan Fransaya çağırış: Rusiya ilə düşmən olmayın
“France Insoumise” partiyasının prezidentliyə namizədi Jan-Lük Melanşon TF1- də Rusiyanı düşmən hesab etməkdən imtina etdi və Parisi Moskvaya qarşı müharibədə müttəfiq olmamağa çağırıb.
Publika.az xəbər verir ki, siyasətçi Rusiyanın Fransa üçün düşmən olub-olmadığı sualına mənfi cavab verib.
"Xeyr. Ruslarla müharibə yoxdur. Aydındır ki, əgər bizə hücum etsəydilər, biz də cavab verərdik, çünki belə də olmalı idi. Amma gəlin bizi ruslara qarşı müharibədə müttəfiqə çevirəcək heç nə etməyək", - Melenşon bəyan edib.
Daha əvvəl "The Wall Street Journal" qəzeti Fransanın nüvə dövləti kimi rolunu genişləndirdiyini və Rusiyaya qarşı mübarizə planının bir hissəsi olaraq müttəfiqlərini cəlb etdiyini bildirmişdi.
"Öncədən çəkindirmə" adlandırılan planın Avropada nüvə silahları ilə silahlanmış Fransanın “Rafale” qırıcı təyyarələrinin yerləşdirilməsini əhatə etdiyi qeyd olunur.
Həmçinin, Fransa və müttəfiqləri arasında yeni infrastruktur, rabitə, erkən xəbərdarlıq sistemləri və kəşfiyyat məlumatlarının mübadiləsinin yaradılması nəzərdə tutulur. Məqalədə deyilir ki, missiyanın əsas məqsədi Rusiya üçün "strateji qeyri-müəyyənlik" yaratmaqdır.
Müəllif: Tural
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi


















.jpg)

















