Almaniya Rusiyaya qarşı nə hazırlayır? - Elit qüvvələrə yeni əmr
Bizi izləyin

Avropa

Almaniya Rusiyaya qarşı nə hazırlayır? - Elit qüvvələrə yeni əmr

Almaniya Rusiyaya qarşı nə hazırlayır? - Elit qüvvələrə yeni əmr

Almaniyanın elit xüsusi təyinatlı qüvvələri olan KSK Rusiya ilə mümkün hərbi münaqişə ehtimalına görə təlim proqramını dəyişir.

Publika.az-ın məlumatına görə, KSK komandiri, briqada generalı Andreas Küne “Bild” qəzetinə bildirib ki, Rusiya bölmənin hazırlığında əsas hədəfə çevrilib. Əsgərlər artıq bazaya qayıtmadan uzun müddət sahədə fəaliyyət göstərməyə, həmçinin tank, artilleriya, dron və elektron müharibə sistemləri ilə təchiz olunmuş düşmənə qarşı əməliyyatlara hazırlaşırlar.

“Bild”in məlumatına əsasən, KSK qüvvələri dörd saat ərzində Ştutqartı tərk etməyə hazır olmalıdır. Bu, Litvada yerləşən Almaniyanın 45-ci zirehli briqadasının genişmiqyaslı əməliyyatlarından əvvəl xüsusi tapşırıqların icrasına imkan verəcək.

Dəyişikliklər Almaniyanın Rusiyadan gələn təhdidlərlə bağlı xəbərdarlıqlarının artdığı bir vaxtda baş verir. Almaniya Silahlı Qüvvələri oktyabrın 21-də Rusiya təxribatı təhlükəsinin qiymətləndirilməsini ikinci ən yüksək səviyyəyə qaldırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm