Avropa liderləri Putinə zəng etdilər: Kiyevin mesajını çatdırdılar
Bizi izləyin

Avropa

Avropa liderləri Putinə zəng etdilər: Kiyevin mesajını çatdırdılar

Avropa liderləri Putinə zəng etdilər: Kiyevin mesajını çatdırdılar

Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar.

Publika.az xəbər verir ki, bu barədə Stubbın ofisindən məlumat verilib.

"Müzakirə birbaşa və məqsədyönlü idi. Biz Rusiyanın qonşularıyıq. Münaqişənin necə bitməsi Finlandiya və Norveçin, daha geniş mənada isə bütün Avropa İttifaqının təhlükəsizliyinə təsir edəcək. Müharibəyə son qoymaq üçün birbaşa danışıqlar lazımdır", - deyə Finlandiya lideri vurğulayıb.

Bəyanatda həmçinin qeyd olunur ki, Putinə zəng etməkdə məqsəd noyabrın əvvəlində Rusiya-ABŞ-Ukrayna formatında keçirilməsi planlaşdırılan Əbu-Dabidə keçiriləcək sülh danışıqları ilə bağlı Kiyevdən mesaj çatdırmaqdır.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov söhbəti təsdiqləyib və əlavə edib ki, Kreml danışıqlardan sonra bəyanat hazırlayır.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm