Fransaya ancaq inqilablara meyilli olanlar getsin - Trampdan istehza
Bizi izləyin

Avropa

Fransaya ancaq inqilablara meyilli olanlar getsin - Trampdan istehza

Fransaya ancaq inqilablara meyilli olanlar getsin - Trampdan istehza

ABŞ prezidenti Donald Tramp amerikalıların Fransaya səyahət etməkdən çəkinməli olduqlarını bildirib.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, bu ölkəyə yalnız inqilablara meylli olanlar səfər etməlidir. Tramp istehza ilə qeyd edib ki, onun fikrincə, fransızlar inqilabi tədbirlərin təşkilində olduqca bacarıqlıdırlar.

"İnqilabları sevməsəniz, Fransaya getməyin. Əslində, mən düşünürəm ki, fransızlar, açığı, inqilabları təşkil etməkdə böyük ustalardır", - deyə o qeyd edib.

24 oktyabrda Fransada keçirilən genişmiqyaslı nümayişlərdə 400 mindən çox insan iştirak edib. Həmkarlar ittifaqı nümayəndələri, tələbələr və "sarı jiletlilər" hərəkatının fəalları etirazlara qoşulublar. İştirakçılar artan yaşayış xərclərinə və pisləşən təhsil vəziyyətinə etiraz ediblər.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm