Avropa
Finlandiya və Norveç liderlərinin Putinə zəngi Avropanı qarışdırdı: Nədən şübhələnirlər?
Avropada Finlandiya və Norveç liderləri ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı ilə bağlı fikir ayrılığı yaranıb.
Çərşənbə axşamı Finlandiya və Norveç liderləri Ukraynadakı münaqişəyə son qoymaq üçün davam edən səylərin bir hissəsi olaraq Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar.
Publika.az xəbər verir ki, “The New York Times” qəzeti yazır ki, Prezident Tramp son günlərdə getdikcə Moskvaya meyl etdiyi, Zelenskinin rolunu şübhə altına aldığı və Rusiyadan dizel yanacağı almağa razılaşdığı üçün Avropa liderləri Avropa maraqlarının nəzərə alınmasını təmin etmək və Ukraynanı təzyiqdən qorumaq üçün sülh prosesinə müdaxilə etməyə çalışıblar.
Norveç hökumətinin açıqlamasına görə, telefon danışığının məqsədi müharibənin sona çatmasına kömək etmək üçün gələcək danışıqlarla bağlı birbaşa Prezident Putinə mesaj çatdırmaq idi. Zəngin 20 dəqiqə davam etməsi gözlənilsə də, 90 dəqiqə davam edib.
Lakin qəzetinin yazdığına görə, bütün Avropa liderləri telefon danışığından məmnun deyildilər. Bu, dərhal narahatedici bir sual doğurub: Putinlə kim danışıqlar aparmalıdır?
Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, Norveç və Finlandiyanın bu təşəbbüsünə çox şübhə ilə yanaşıram:
“Bu, bizimlə razılaşdırılmayıb. Rusiyanın sülh istədiyinə dair heç bir əlamət görmürəm və Avropanı birləşdirməli və təkbaşına hərəkət etməməliyik”.
İsveçin Baş naziri Ulf Kristersson da tənqidlərini dilə gətirib: "Vahid Avropanı parçalaya biləcək danışıqların aparılması risklidir", - deyə o bildirib.
Avropa Ukraynadakı sülh prosesinə qoşulmaq üçün yol tapmaqda çətinlik çəkir, çünki Trampın həddindən artıq Rusiyayönlü olduğuna və münaqişəni "ədalətli" şəkildə sona çatdırmaq üçün etibarlı vasitəçi olmadığına inanır.
Müəllif: Tural
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO



























.jpg)










