Avtopublika
Elektromobillərin idxalını stimullaşdırmaq üçün dövlət proqramı qəbul edilməlidir-Ekspert rəyi
Azərbaycan hökumət elektromobil idxalını stimullaşdırmaq üçün xüsusi dövlət proqramı qəbul etməlidir.
Publika.az-ın verdiyi xəbərə görə, iqtisadçı-ekspert Samir Əliyev bu fikirdədir. O bildirir ki, proqram ölkəyə elektromobil gətirilməsini stimullaşdırmaqla yanaşı enerjidoldurma stansiyaları infrastrukturunun yaradılmasını nəzərdə tutmalıdır.
Ekspertin fikrincə, bu, Bakıda ekoloji fəlakət ehtimalının qarşısını almaq üçün hökumətin atmalı olduğu addımlardan biridir.
Ekspert bildirir ki, bir çox ölkələrdə elektromobillərin istehsalını və alışını stimullaşdırmaq üçün müxtəlif səviyyəli proqramlar qəbul edilib. Onun sözlərinə görə, elektromobil bazarının inkişafı üçün dövlətin üzərinə çox böyük yük düşür.
"Bir sıra Avropa ölkələrində elektromobillə ənənəvi avtomobillərin qiymətləri arasındakı fərqi dövlət kompensasiya şəklində ödəyir. Elektromobillərin satışını stimulladırmağın bir yolu da vergi güzəştidir. Britaniya, Fransa, İspaniyada və digər ölkələrdə elektromobil sahiblərinə vergi güzəştləri tətbiq edilir. Almaniyada elektromobil sahibləri nəqliyyat vergisindən azaddır və alışda xüsusi güzəştlərə malikdirlər."-deyə, ekspert qeyd edib.
Ekspert deyir ki, elektromobillərin satışının stimullaşdırılmasının şərtlərindən biri də "yanacaqdoldurma" məntəqələrinin olmasıdır. ABŞ-da 21000, Britaniya və Almaniyada 3000, Fransada 2000, Yaponiyada 5000, Niderlandda 4000, Rusiyada 50-yə yaxın (ilin 1-ci yarısında daha 150-si açılacaq), Estoniyada 163 enerjidoldurma stansiyaları fəaliyyət göstərir.
Bildirək ki, elektromobillərin üstünlükləri çoxdur: 100 km məsafəyə enerji sərfiyyatı 1-2 avro təşkil edir. Ekologiyanı çirkləndirmir, səssiz işləyir və s.
Ekspertin sözlərinə görə, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün həmçinin avtomobil parkının təzələnməsinə diqqət yetirilməlidir.
"Bu barədə ən azı Rusiya təcrübəsi var. Xüsusi dövlət proqramı hazırlanmalı, ekologiya üçün zərərli köhnə avtomobillərin dövriyyədən çıxarılmasına başlanmalıdır."-deyə, o qeyd edib.
İqtisadçı bildirir ki, bundan başqa, çoxlitrajlı avtomobillərin idxalı maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Onun sözlərinə görə, bunun üçün xüsusi vergi rejimi tətbiq oluna bilər. Artıq Rusiya və Qazaxıstan müvafiq vergi rejimi tətbiq edir.
"Həmçinin qənaətli və azlitrajlı maşınların, xüsusən də alternativ yanacaqla işləyən (hibrid, elektromobil) avtomobillərin idxalı stimullaşdırılmalıdır."
Nərmin Rəhimova
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























