Avtopublika
Bakıda qadınlar üçün taksi
Bakıda yalnız qadınlar üçün nəzərdə tutulmuş "Lady Taxi"
xidməti fəaliyyətə başlayıb.
ANS PRESS-in məlumatına görə, B.A. Şirkətlər Qrupuna məxsus
bu xidmət sırf xanımlar və azyaşlı uşaqlar üçün təşkil
olunub.
"Lady Taxi" xidmətinin sürücüləri də xanımlardır. Xəttə
buraxılan taksilər ən son avadanlıqlarla təchiz edilib. Salonda
quraşdırılan GPS avadanlığı və izləmə kamerası müştərilərə rahat və
təhlükəsiz səyahət imkanı yaradır. Yaxın günlərdə bu taksilərdə
internet də quraşdırılacaq.
Gediş haqqına gəldikdə isə, sərnişinlər hər kilometr üçün 85
qəpik ödəyəcəklər. Gələcəkdə daimi müştərilərə gözəllik
salonlarına, restoranlara və digər xidmət və əyləncə məkanlarına
güzəşt kartlarının təqdim ediləcəyi də planlaşdırılır.
Layihə uğurlu olacağı təqdirdə, bu xidmətin Bakı ilə yanaşı,
digər şəhərlərdə də həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, "Lady Taxi"nin xidmətindən istifadə etmək üçün
mobil telefonlardan *6868 nömrəsini yığmaq lazımdır.
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ













.webp)









.jpg)














